Bakı. 3 mart. REPORT.AZ/ Bakı şəhəri Səbail rayonunun Nizami küçəsində təmir işləri davam etdirilir. Bu küçənin Fikrət Əmirov küçəsi ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinədək olan hissəsində işlər artıq başa çatdırılıb.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin Mətbuat Katibliyinin rəhbəri Pünhan Mürsəliyevin "Report"a verdiyi məlumata görə, həmin ərazidə beton səki daşları mərmər səki daşları ilə əvəzlənib, asfalt-beton ortüyünün döşənməsi yekunlaşıb.
Sabahdan etibarən bu işlər həmin küçənin Azadlıq prospekti ilə kəsişməsindən Rəşid Behbudov küçəsi ilə kəsişməsinədək olan hissəsində aparılacaq.