Yuxarı

Niyazi küçəsində avtomobillərin hərəkəti məhdudlaşdırılıb

Həmin ərazidə asfalt örtüyü sökülür

Bakı. 29 iyun. REPORT.AZ/ Bu gün Bakı şəhəri Azadlıq prospektinin Cəfər Xəndan küçəsi ilə kəsişməsində nəqliyyat vasitələrinin sıxlığı yaranıb. Avtomobillərin sıxlığı əsasən mərkəzə doğru müşahidə edilir. 

Bu, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) "Report"a verilən məlumatda bildirilib. 

Həmçinin, paytaxtın Ziya Bünyadov prospektinin "Koroğlu" metro stansiyası istiqamətində və Koroğlu Rəhimov küçəsində nisbi sıxlıq yaranıb.

Eyni zamanda, "Formula-1" yarışı ilə əlaqədar çəkilmiş asfalt örtüyünün qaşınması ilə əlaqədar Niyazi küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi