Nijni Novqoroddan Bakıya birbaşa uçuşlar bərpa edilib

Nijni Novqoroddan Bakıya birbaşa uçuşlar bərpa edilib Reysləri "Komiaviatrans" aviaşirkəti yerinə yetirir
İnfrastruktur
26 Avqust , 2016 21:56
Nijni Novqoroddan Bakıya birbaşa uçuşlar bərpa edilib

Bakı. 26 avqust. REPORT.AZ/ Rusiyanın Nijni Novqorod şəhərinin "Striqino" hava limanından Bakıya birbaşa reyslər bərpa edilib.

"Report" xəbər verir ki, bu barədə "NTA-Privoljye" nəşri yazıb.

Reysləri "Komiaviatrans" aviaşirkəti yerinə yetirir. Uçuşlar sərnişin tutumu 50 nəfər olan "Embraer 145" hava gəmiləri vasitəsi ilə icra edilir. Bakıya uçuşlar həftənin cümə günləri 10:30-a təyin edilib. Geri qayıdış cümə axşamı Bakı vaxtı ilə 20:15-də həyata keçirilir. Uçuş vaxtı 2 saat 45 dəqiqədir.

Əvvəllər bu istiqamətdə "YUTeyr" və "Azərbaycan Hava Yolları" QSC fəaliyyət göstərib.

"Komiaviatrans" Rusiyanın Hava Nəqliyyatı Federal Agentliyindən Nijni Novqoroddan Azərbaycanın paytaxtı Bakıya beynəlxalq uçuşlar təşkil etmək icazəsini avqust ayının əvvəlində alıb.

Son xəbərlər

Orphus sistemi