NİİM: Avtobusların hərəkətində müəyyən gecikmələr var

NİİM: Avtobusların hərəkətində müəyyən gecikmələr var Şaxtalı havada təhlükəli olan küçə, prospekt və körpülərin siyahısı açıqlanıb
İnfrastruktur
9 Yanvar , 2015 11:55
NİİM: Avtobusların hərəkətində müəyyən gecikmələr var

Bakı. 9 yanvar. REPORT.AZ/ Bakı şəhərində qarlı hava ilə əlaqədar bu gün səhər saatlarında paytaxtda bəzi marşrutlarda avtobusların hərəkətində gecikmələr qeydə alınıb. Bu barədə “Report”a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildiriblər.

"Bakıda yollarda tıxac yoxdur. Sadəcə olaraq, hava şəraiti ilə əlaqədar yolların buzlu olmasına görə maşınların yavaş sürülməsi ilə bağlı sıxlıq müşahidə olunur. Bu da əsasən Yeni Yasamal, Badamdar şosesi, Günəşli və digər bu kimi enişli-yoxuşlu yollarda müşahidə olunur. Marşrutların hərəkətində müəyyən gecikmələr olsa da, hərəkət tamdır", - deyə Mərkəzdən qeyd ediblər.

NİİM-dən bildirilib ki, Mərkəzin bütün avadanlıqları normal rejimdə işləyir və heç bir texniki problem yoxdur.

Mərkəz şaxtalı hava şəraitində təhlükəli olan küçə, prospekt və körpülərin siyahısını açıqlayıb:

- Gəncə prospekti (Nobel prospekti ilə kəsişmə);

- İlqar Musayev küçəsi (Abbas Fətullayev küçəsi (Şir heykəli);

- İlqar Musayev küçəsi (Babək prospekti ilə kəsişmə);

- Salyan şosesi (Bibiheybət yolunun başlanğıcı (sərt döngə);

- Badamdar şosesi (20-ci sahə istiqamətində);

- Mehdi Hüseyn küçəsi (Bünyad Sərdarov küçəsindən Parlament prospektinə kimi);

- Niyazi küçəsi ("Azneft" meydanı-İstiqlaliyyət küçəsi);

- Koroğlu Rəhimov küçəsi (Xoyski küçəsindən Təbriz küçəsinədək);

- Ayna Sultanova küçəsi (Mətbuat prospektindən Şərifzadə küçəsinədək);

- Ə.Haqverdiyev küçəsi (İnşaatçılar küçəsindən Mətbuat prospektinədək);

- Nazim Hikmət küçəsi (Musabəyov parkı ətrafı);

- Nərimanov heykəlinin ətrafı;

- Məhəmməd Xiyabani küçəsi (Yeni Yasamal);

- Əsəd Əhmədov küçəsi (Talıblı küçəsi);

- Müzəffər Həsənov küçəsi ("20 Yanvar" dairəsindən Şərifzadə küçəsinədək);

- Hüseyn Seyidzadə küçəsi (4-cü mkr. dairəsindən yuxarı);

- Moskva prospekti (Avtovağzalın yanı);

- Ramiz Quliyev küçəsi (Nobel prospektindən X.Məmmədov küçəsinədək);

- Neapol küçəsi (Ukrayna meydanından Neapol dairəsinədək);

- Rüstəm Rüstəmov küçəsi (Qara Qarayev küçəsi ilə kəsişməsindən Sakit Qocayev küçəsi ilə kəsişməsinədək);

- Azadlıq prospekti (Rəsulzadə qəsəbəsindən Ziya Bünyadov prospektinədək);

- Azadlıq prospekti (Bakıxanov küçəsindən Füzuli küçəsinədək);

- Rəşid Behbudov küçəsi (Füzuli küçəsindən Bakıxanov küçəsinədək);

- Şövkət Məmmədova küçəsi ("Bolluq" bazarının qarşısı);

- Binəqədi şosesi (Dövlət Miqrasiya Xidmətinin qarşısı);

- Mir Cəlal küçəsi (9-cu mkr.);

- Bünyad Sərdarov küçəsi;

- Şeyx Şamil küçəsi;

- İstiqlaliyyət küçəsi;

- Teymur Elçin küçəsi (Nazirlər Kabinetinin qarşısı);

- Firudin Ağayev küçəsi (BDU-nun qarşısı).

- Bakı-Sumqayıt yolu (Xırdalan dairəsi);

- Bakı-Sumqayıt yolu (Avtovağzalın yanı);

- Bakı-Şamaxı yolu (Müşfiq dairəsi);

- Moskva prospekti (Tbilisi prospektindən "20 Yanvar" dairəsinədək);

- Alı Mustafayev küçəsi (Ceyhun Səlimov küçəsi, 3-cü mkr. dairəsi);

- Asif Məhərrəmov küçəsi (3-cü mkr. dairəsindən 20 Yanvar küçəsi istiqamətində);

- Tbilisi prospekti (Yeni körpüyədək);

- Bakıxanov küçəsi (Mərdanov qardaşları küçəsinədək);

- Ziya Bünyadov prospekti (Rəcəbli küçəsindən Salamzadə küçəsinədək);

- Heydər Əliyev prospekti (Babək prospekti ilə kəsişmə);

- Heydər Əliyev prospekti (Bağırov körpüsünün yanı);

- Üzeyir Hacıbəyov küçəsi (Cavanşir körpüsü);

- Babək prospekti (Xalqlar Dostluğu dairəsindəki körpü);

- Elşən Mehdiyev küçəsi (Y.Əliyev küçəsi ilə kəsişmə);

- Zığ yolu;

- Aeroport yolu;

- Gənclik dairəsi;

- Həsən Əliyev küçəsi (Atatürk prospekti ilə kəsişmə).

Son xəbərlər

Orphus sistemi