Yuxarı
    Bağlamaq

    NİİM nəqliyyat müfəttişlərinin hərəkətlərilə bağlı yayılan videogörüntülərə münasibət bildirib

    Mərkəz hadisənin heç bir fakta əsaslanmadığını iddia edir

    Bakı. 20 oktyabr. REPORT.AZ/ "Oktyabrın 19-da bəzi KİV-lərdə nəqliyyat müfəttişlərinin hərəkətlərilə bağlı videogörüntü ilə müşayiət olunan xəbərin həmin tarixdə baş verməsi heç bir fakta əsaslanmır, arxiv kadrlardan istifadə edilərək əsassız xəbər yayılıb".

    Bu barədə "Report"a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

    NİİM-dən bildirilib ki, 14 oktyabr 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanından sonra dərhal bütün struktur bölmələrə telefonoqram göndərilərək, bütün nəzarət funksiyalarının dayandırılması tapşırılıb: "Nazirliyin müvafiq əmri ilə Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən bu məsələyə ciddi şəkildə nəzarət edilir".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi