Nəvahi və Pirsaat dəmir yolu stansiyalarının baş yollarının təmirinə başlanılıb

Nəvahi və Pirsaat dəmir yolu stansiyalarının baş yollarının təmirinə başlanılıb Nəvahidə 2100, Pirsaatda isə 2175 metr uzunluğunda baş yol təmir olunacaq
İnfrastruktur
19 Noyabr , 2016 10:29
Nəvahi və Pirsaat dəmir yolu stansiyalarının baş yollarının təmirinə başlanılıb

Bakı. 19 noyabr. REPORT.AZ/ "Azərbaycan Dəmir Yolları" QSC (ADY) 600 km uzunluğu olan Bakı-Böyük Kəsik dəmir yolu xəttinin əsaslı təmirinin növbəti mərhələsinə start verib. Qurumdan "Report"a verilən məlumata görə, bu gün Nəvahi və Pirsaat stansiyalarının 4275 metr uzunluğunda baş yolların təmirinə başlanılıb. 

Nəvahi stansiyasında 2100, Pirsaat stansiyasında isə 2175 metr uzunluğunda baş yol təmir olunacaq. Artıq köhnə yolun söküntüsünə start verilib. 

5 gün davam edəcək əsaslı təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. 

Xatırladaq ki, ötən il aprelin 14-də “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin ikinci mərhələsinin icrası məqsədilə, ADY ilə Çexiyanın “MORAVİA STEEL” şirkətləri arasında “Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə saziş imzalanıb. Yeni layihənin icrasına ötən ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 175 kilometrdən artıq dəmir yolu əsaslı təmir olunub. 

Son xəbərlər

Orphus sistemi