​Nəsimi rayonunda 100-ə yaxın şəxs mənzillərinin sənədlərini əldə edib

​Nəsimi rayonunda 100-ə yaxın şəxs mənzillərinin sənədlərini əldə edib Qurum müraciətlərin sayının artdığını açıqlayıb
İnfrastruktur
15 Aprel , 2016 19:00
​Nəsimi rayonunda 100-ə yaxın şəxs mənzillərinin sənədlərini əldə edib

Bakı. 15 aprel. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin birbaşa ünvanlarda keçirdiyi “Kütləvi çıxarış” kampaniyası çərçivəsində Bakı şəhərinin Nəsimi rayonunda yerləşən yeni tikilmiş hündürmərtəbəli binanın sakinləri 100-ə yaxın vətəndaşa daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlər göstərilib. Bu barədə “Report”a Komitənin mətbuat xidmətindən məlumat verilib.

Qurum müraciətlərin sayının artdığını da açıqlayıb.

Xatırladaq ki, kampaniya zamanı çıxarışlar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna əsasən ilkin mülkiyyət sənədləri əsasında verilir. Belə sənədlərə mənzillərə dair orderlər, aktlar, mülkiyyət barədə qeydiyyat vəsiqələri və digər hüquqi sənədlər aiddir. Həmçinin, yalnız istismara qəbul aktı olan və qanunla müəyyən edilmiş dövlət rüsumu və xidmət haqqı ödənilməklə təqdim olunur.

Qeyd edək ki, kampaniyadan faydalanmaq istəyən şəxslər 148 saylı Çağrı Mərkəzinə zəng vura bilər (148, daxili 1, sonra 5). Kampaniyanın və mobil ofis xidmətinin keçirildiyi aylıq qrafik komitənin rəsmi internet səhifəsində yerləşdirilir.

Xatırladaq ki, kampaniya indiyədək respublikanın demək olar ki, əksər şəhər və rayonlarında təşkil edilib və ümumilikdə 7 000-dən çox vətəndaşa qeydiyyat xidmətləri göstərilib. Bu il ərzində kampaniya Yevlaxda, Samuxda, Xaçmazda, Abşeronda, Bakının Nəsimi, Sabunçu və Nizami rayonlarında keçirilib.

Son xəbərlər

Orphus sistemi