"Nərimanov" və "Gənclik" metrosu ətrafında yollarda sıxlıq müşahidə olunur

"Nərimanov" və "Gənclik" metrosu ətrafında yollarda sıxlıq müşahidə olunur Bəzi küçələrdə təmir işləri avtomobillərin hərəkətinin sıxlığına səbəb olub
İnfrastruktur
23 Aprel , 2015 09:35
Nərimanov və Gənclik metrosu ətrafında yollarda sıxlıq müşahidə olunur

Bakı. 23 aprel. REPORT.AZ/ Bu gün səhər saatlarında Bakı şəhərinin bir sıra küçələrində nəqliyyat vasitələrinin sıxlığı qeydə alınıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) "Report"a verilən məlumata görə, hazırda paytaxtın Zərifə Əliyeva və Fəzail Bayramov küçələrində, habelə Təbriz küçəsində (təmir işləri ilə əlaqədar "N.Nərimanov" metrosu istiqamətində yol bağlıdır) nəqliyyat vasitələrinin hərəkətində sıxlıq var.

Eyni zamanda, "Gənclik" metrosu istiqamətində Atatürk və Azadlıq prospektlərində, o cümlədən Cəfər Xəndan küçəsində də sıxlıq müşahidə edilir. 

Son xəbərlər

Orphus sistemi