“Nəriman Nərimanov” tankeri əsaslı təmir olunub

“Nəriman Nərimanov” tankeri əsaslı təmir olunub Gəmi dəniz sınağından uğurla çıxıb
İnfrastruktur
27 Sentyabr , 2017 14:57
“Nəriman Nərimanov” tankeri əsaslı təmir olunub

Bakı. 27 sentyabr. REPORT.AZ/ “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin nəqliyyat donanmasına məxsus “Nəriman Nərimanov” tankeri əsaslı təmir olunub. Gəmiçilikdən "Report"a daxil olan məlumata görə, “Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılan işlər tam uğurla başa çatdırılıb. Gəmi dəniz sınağından da uğurla çıxıb.

Tankerin gövdəsi, elektrik, radio və naviqasiya avadanlıqları, bütün maşın və mexanizmlər, baş və köməkçi mühərriklər, boru sistemləri əsaslı təmir olunub. Gəminin sualtı və suüstü hissəsi təmizlənərək rənglənib. Üzən vasitənin idarəetmə sistemləri sazlanıb. Tankerin gövdə hissəsində, yük anbarlarında və ballast çənlərində metalın keyfiyyətinə klass və konvensiyanın tələblərinə uyğun baxış keçirilib və lazımi gövdə-qaynaq işləri aparılıb.

"Tərsanə təmiri zamanı gəminin sualtı hissəsi, sükan və köməkçi qurğuları, kinqston qutuları, lövbər zəncirləri də təmir olunub", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, “Nəriman Nərimanov” tankerinin uzunluğu 125,06 metr, eni 16,63 metr, maksimal sürəti 11,3 uzeldir. Onun yükgötürmə qabiliyyəti 4 987 ton təşkil edir.  

Son xəbərlər

Orphus sistemi