Yuxarı

Nəqliyyatı nazirinin Naftalanda vətəndaşlarla görüşünün vaxtı məlum olub

Ziya Məmmədov oktyabrın 7-də 3 rayonun sakinlərini qəbul edəcək

Bakı. 30 sentyabr.REPORT.AZ/ Nəqliyyat naziri Ziya Məmmədov oktyabrın 7-də Naftalanda şəhər sakinlərini, eləcə də Goranboy və Tərtər rayonlarında yaşayan vətəndaşlar ilə görüşəcək.

Nazirlikdən "Report"a daxil olan məlumata görə, qeyd edilən rayonlardan sakinlərlə görüş vətəndaşların qəbulu və müraciətlərinə baxılması, mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədi ilə keçirilir.  

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı oktyabrın 5-də saat 09:00-dan 18:00-dək müvafiq olaraq Goranboy şəhəri (Heydər Əliyev prospekti-110), Tərtər şəhəri (Şıxəli Qurbanov küçəsi-1) və Naftalan şəhərində (Heydər Əliyev prospekti-1) aparılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi