Yuxarı

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin baş direktoru yeni vəzifəyə təyin edilib

Elnur Abdullayev Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi postuna gətirilib

Bakı. 3 avqust. REPORT.AZ/ Nəqliyyat Nazirliyində yeni kadr təyinatı olub. "Report" nazirliyin saytına istinadən xəbər verir ki, nazir Ziya Məmmədovun avqustun 3-da imzaladığı əmrlə Elnur Nazim oğlu Abdullayev Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, yeni təyinata qədər E.Abdullayev “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” MMC-nin baş direktoru vəzifəsində çalışıb.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi