Yuxarı

Bakıda bir sıra yollarda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb

Bağlanış mərasiminə bileti olan hər kəsə ictimai nəqliyyatdan istifadə etmək tövsiyə olunur

Bakı. 28 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarının bağlanış mərasimi ilə əlaqədar Bakıdakı bir sıra yollarda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

"Report" xəbər verir ki, saat 16:00-dan tətbiq olunan məhdudiyyət gecə saat 02:00-a qədər qüvvədə olacaq. Belə ki, Heydər Əliyev prospektinin Babək qovşağından Sabunçu qovşağına qədər olan hissəsi, Mehdi Hüseyn küçəsinin Parlament prospektindən Teymur Elçin küçəsi ilə kəsişməsinə qədər olan hissəsi bağlı olacaq.

Bağlanış mərasiminə bileti olan hər kəsə genişləndirilmiş iş rejimində fəaliyyət göstərəcək ictimai nəqliyyatdan istifadə etmək tövsiyə olunur.

Bu gün Bakı Metropoliteni və ekspress avtobuslar saat 02:00-dək fəaliyyət göstərəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi