Yuxarı

​Nəqliyyat Nazirliyinin səlahiyyəti azaldılıb

Dəyişikliklə bağlı Prezident İlham Əliyev fərman imzalayıb

Bakı. 17 mart. REPORT.AZ/ “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilib.

"Report" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

İndiyədək nəqliyyat-yol kompleksinə daxil olan dövlət müəssisələrinin rəhbərlərinin təyinatı ilə bağlı və qanunvericiliklə müəyyən edilmiş qaydada nəqliyyat-yol kompleksinin dövlət müəssisə və təşkilatlarının əsas vəsaitlərinin balansdan balansa verilməsinə dair rəy vermək səlahiyyəti yalnız Nəqliyyat Nazirliyində idi.

Fərmana əsasən, bundan sonra Nəqliyyat Nazirliyinin nəqliyyat-yol kompleksinə daxil olan dövlət müəssisələrinin rəhbərlərinin təyinatı ilə bağlı və qanunvericiliklə müəyyən edilmiş qaydada nəqliyyat-yol kompleksinin dövlət müəssisə və təşkilatlarının əsas vəsaitlərinin balansdan balansa verilməsinə dair rəyi Azərbaycan Prezidenti tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla veriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi