Yuxarı
    Bağlamaq

    Nəqliyyat Nazirliyinin qarşısında sıxlıq yaranıb

    Paytaxtda mərkəzə doğru avtomobillər ləng hərəkət edir

    Bakı. 10 oktyabr. REPORT.AZ/ Bu gün səhər saatlarında Bakının Tbilisi prospektində (Nəqliyyat Nazirliyinin qarşısı) nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir. 

    "Report"un Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) əldə etdiyi məlumata görə, hazırda Üzeyir Hacıbəyov küçəsi, Yusif Səfərov küçəsi (Mərkəzi Neftçilər Xəstəxanasının qarşısında mərkəzə doğru), Babək prospekti, eləcə də Afiyəddin Cəlilov küçəsi, Ziya Bünyadov prospekti (nisbi sıxlıq), Abbasqulu ağa Bakıxanov küçəsi (İzmir parkına doğru), habelə Kazım Kazımzadə küçəsinin Ülvi Bünyatzadə küçəsi ilə kəsişməsində, Binəqədi şosesində (Cəfər Xəndan küçəsi ilə kəsişmədə) avtomobillərin hərəkətində sıxlıq yaranıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi