Nəqliyyat Nazirliyinin qarşısında nisbi sıxlıq var

Nəqliyyat Nazirliyinin qarşısında nisbi sıxlıq var Yollarda hərəkət normal xarakter daşıyır
İnfrastruktur
27 Noyabr , 2015 09:15
Nəqliyyat Nazirliyinin qarşısında nisbi sıxlıq var

Bakı. 27 noyabr. REPORT.AZ/ Bu gün səhər Bakıda bir neçə istiqamət üzrə nəqliyyat vasitələrinin hərəkətində nisbi sıxlıq qeydə alınıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) "Report"a verilən məlumata görə, bu dəqiqələrdə Həsən Əliyev küçəsi (Tbilisi prospekti istiqamətində), Həsənoğlu küçəsi (5 nömrəli xəstəxananın qarşısı), Xətai prospekti (Təhsil Nazirliyinin qarşısı), Yusif Səfərov küçəsi, Neftçilər prospekti ("Azneft" dairəsi istiqamətində), o cümlədən Tbilisi prospekti (Nəqliyyat Nazirliyinin qarşısı), Ziya Bünyadov prospketi (20 Yanvar dairəsi) və Azadlıq prospektində (Cəfər Xəndan küçəsi ilə kəsişmə) avtomobillərin sıxlığı müşahidə edilir. 

Son xəbərlər

Orphus sistemi