Nəqliyyat Nazirliyinə Qax-Zaqatala avtomobil yolunun tikintisi üçün 3 milyon manat ayrılıb

Nəqliyyat Nazirliyinə Qax-Zaqatala avtomobil yolunun tikintisi üçün 3 milyon manat ayrılıb Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
İnfrastruktur
5 Noyabr , 2015 19:05
Nəqliyyat Nazirliyinə Qax-Zaqatala avtomobil yolunun tikintisi üçün 3 milyon manat ayrılıb

Bakı. 5 noyabr. REPORT.AZ/ Prezident İlham Əliyev Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin tikintisi məqsədilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Nəqliyyat Nazirliyinə ilkin olaraq 3 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi