Yuxarı

Nəqliyyat Nazirliyində ​I Avropa Oyunları ilə bağlı iclas keçirilib

Sərnişindaşıma xidmətlərinin vəziyyəti və çatışmazlıqlar haqqında daşıyıcılarla müzakirələr aparılıb

Bakı. 29 aprel. REPORT.AZ/ I Avropa Oyunlarına hazırlıq məqsədilə Bakı şəhərində avtobus və taksi ilə sərnişindaşıma fəaliyyəti göstərən iri daşıyıcılarla Nəqliyyat Nazirliyində görüş keçirilib.

"Report" xəbər verir ki, Nəqliyyat Nazirliyinin yaydığı məlumata görə, görüş zamanı sərnişindaşıma xidmətlərinin mövcud vəziyyəti və çatışmazlıqlar daşıyıcılarla ətraflı şəkildə müzakirə edilib və onların aradan qaldırılması, həmçinin tətbiq olunan yeniliklər barədə rəy və təkliflər dinlənilib.

Oyunlar zamanı nümunəvi xidmətin təşkili məqsədilə nazirliyin aidiyyəti struktur bölmələrinə və daşıyıcılara müvafiq tapşırıqlar verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi