Yuxarı

​Nəqliyyat Nazirliyində Apellyasiya Şurası yaradılıb

Şuranın sədri Arif Əsgərov təyin olunub

Bakı. 19 fevral. REPORT.AZ/ Azərbaycan Nəqliyyat Nazirliyində Apellyasiya Şurası yaradılıb. Nəqliyyat naziri Ziya Məmmədovun əmri ilə yaradılan Apellyasiya Şurasının əsasnaməsi, tərkibi və katibliyi təsdiq edilib. 

"Report"un nazirliyə istinadən verdiyi xəbərə görə, Z.Məmmədovun müavini Arif Əsgərov Apellyasiya Şurasının sədri, nazirliyin tabeli qurumlarının rəhbərlərindən və nazirliyin Aparatının şöbə müdirlərindən ibarət 6 nəfər isə şuranın üzvləri təyin ediliblər.

Apellyasiya Şurasının katibliyinin rəhbəri və tərkibi də təsdiq olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi