Nəqliyyat naziri Qəbələdə vətəndaşları qəbul edib

Nəqliyyat naziri Qəbələdə vətəndaşları qəbul edib Qəbulda Qəbələ, İsmayıllı və Ağsu rayonlarının sakinləri iştirak edib
İnfrastruktur
28 Avqust , 2015 17:15
Nəqliyyat naziri Qəbələdə vətəndaşları qəbul edib

Bakı. 28 avqust. REPORT.AZ/ Bu gün Qəbələ rayon Mədəniyyət Mərkəzində nəqliyyat naziri Ziya Məmmədov vətəndaşları qəbul edib. Nəqliyyat Nazirliyindən "Report"a verilən xəbərə görə, qəbulda Qəbələ, İsmayıllı və Ağsu rayonlarından olan vətəndaşlar iştirak ediblər.

Qeyd edək ki, vətəndaşların müraciətləri əsasən avtomobil yollarının təmiri və yenidən qurulması, yeni avtobus marşrutlarının açılması, dağ çayları üzərində körpülərin salınması, işə qəbul və digər məsələlərlə bağlı olub. 

Z.Məmmədov vətəndaşların səsləndirdikləri müraciət və şikayətlərlə Nazirliyin əlaqədar struktur rəhbərlərinə göstərişlər verib. 

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Son xəbərlər

Orphus sistemi