Azərbaycanda İKT sahəsi üzrə birgə strategiyanın hazırlanması təklif olunur

Azərbaycanda İKT sahəsi üzrə birgə strategiyanın hazırlanması təklif olunur Ekspert: "Dünyada olduğu kimi, Azərbaycanda da bu təcrübə tətbiq olunmalıdır"
İnfrastruktur
3 Noyabr , 2016 20:56
Azərbaycanda İKT sahəsi üzrə birgə strategiyanın hazırlanması təklif olunur

Bakı. 3 noyabr. REPORT.AZ/ Azərbaycanda startap mühitinin inkişaf etməsi üçün ölkəyə nəhəng əcnəbi şirkətinlərin cəlb olunması vacibdir.

"Report" xəbər verir ki, bu fikri Bakıda keçirilən İKT komissiyasının 2-ci iclasında Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi rəhbəri İmran Bağırov irəli sürüb.

Onun sözlərinə görə, hazırda ölkədən beyin axını müşahidə edilir: "Məsələn, bu il "Azercell Telecom"un 10 İT mütəxəssisi Azərbaycanı tərk edərək xarici ölkəyə köçüb. Ölkədə şərait yaradılmalıdır ki, həm bu sahə inkişaf etsin, həm də keyfiyyətli kadrlar yetişsin. Misal üçün nəhəng İT şirkətlərini ölkəyə cəlb edə bilərik. Azərbaycanlı gənclər də onlardan təcrübə toplaya və nəticədə öz şirkətlərini yarada bilərlər".

Ölkədə informasiya texnologiyaları sahəsinin davamlı və sabit inkişafı üçün ekspert Rasim Mahmudzadə isə İKT sahəsi üzrə birgə strategiyanın hazırlanmasının zəruri olduğunu deyib. O bildirib ki, İKT sahəsi elm və təhsillə qarşılıqlı əməkdaşlıq nəticəsində böyük nailiyyətlər əldə edə bilər və dünyada olduğu kimi, Azərbaycanda da bu təcrübə tətbiq olunmalıdır.

Tədbirdə Belarusun İT sahəsindəki böyük təcrübəsi barədə məlumat verən "Lenovo" şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Rasim Baxış deyib ki, bu ölkənin illik kompüter oyunlarının ixracından əldə olunan gəlir 1 mlrd. dollardan çoxdur: "Belarus kimi ölkələrdən mütəxəssislər dəvət etməklə, Azərbaycanda da keyfiyyətli kadrlar hazırlamaq olar."

O, yerli İT Azərbaycan şirkətlərinin xarici bazarlara çıxmaq üçün indi qlobal bazarda özünü doğrultmuş "Microsoft", "Lenovo" kimi şirkətlərlə əməkdaşlığa meyilli olmadıqlarını açıqlayıb. 

Son xəbərlər

Orphus sistemi