Yuxarı

Neftçilər prospektində maşınların sıxlığı yaranıb

Avtomobillər müəyyən küçələrdə ləng hərəkət edir

Bakı. 12 yanvar. REPORT.AZ/ Bakıda bu dəqiqələrdə Neftçilər prospektindən Bülbül prospektinin kəsişməsinədək olan hissədə nəqliyyat vasitələrinin sıxlığı yaranıb.

Bu barədə "Report"a Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bundan başqa, Yusif Səfərov küçəsində (Cavanşir körpüsü istiqamətində), Zərifə Əliyeva küçəsi, A. Bakıxanov küçəsi (Dövlət Statistika Komitəsi istiqamətində), həmçinin Tbilisi və Nobel prospektlərində ("Nargilə" kafesindən "NZS" adlanan hissəyə qədər) avtomobillərin sıxlığı müşahidə edilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi