Bakı. 6 may. REPORT.AZ/ Bu gün səhər saatlarında Bakı şəhərinin Neftçilər prospektində (Rəşid Behbudov küçəsindən Azadlıq meydanınadək) nəqliyyat vasitələrinin hərəkətində böyük sıxlıq yaranıb. "Report"un Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) əldə etdiyi məlumata görə, ərazidə "Formula-1" yarışı ilə əlaqədar təmir-tikinti işləri aparıldığı üçün nəqliyyatın hərəkəti məhdudlaşdırılıb və bu, böyük tıxacın yaranmasına səbəb olub.
Bundan başqa, Üzeyir Hacıbəyov küçəsində (Cavanşir körpüsü), Bülbül prospekti ("Sahil" metro stansiyasının qarşısı), həmçinin Yusif Səfərov küçəsi (Mərkəzi Neftçilər Xəstəxanasının qarşısı) və Babək prospektində (mərkəzə doğru) tıxac yaranıb.