Bakı. 12 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Türkiyədə daşınmaz əmlak almaq imkanlarını nəzərdən keçirir.
"Report" xəbər verir ki, bu barədə Fondun icraçı direktoru Şahmar Mövsümov jurnalistlərə bildirib.
"Türkiyə bizim üçün maraqlıdır, ora baxırıq. Ümumiyyətlə, harda yaxşı imkanlar mövcuddursa, biz daim olaraq oranı araşdırırıq" - deyə Ş. Mövsümov qeyd edib.
O, həmçinin Milanda daşınmaz əmlak alınması üzrə əqdin tam tamamlandığını və Fondun mülkiyyətin sahibi olduğunu da bildirib.