Yuxarı
    Bağlamaq

    Nəcəf Nərimanov küçəsində avtonəqliyyatın hərəkəti məhdudlaşdırılır - VİDEO

    Bu, küçədə aparılan təmir işləri ilə bağlıdır

    Bakı. 27 dekabr. REPORT.AZ/ Bakı şəhərinin Nərimanov rayonu Nəcəf Nərimanov küçəsində təmir işlərinə başlanılıb. Təmir işləri ilə əlaqədar küçədə avtonəqliyyat vasitələrinin hərəkətinə hissə-hissə və qismən məhdudiyyət tətbiq olunur. 

    Bu barədə "Azəravtoyol" ASC-dən "Report"a daxil olan məlumatda bildirilib. 

    Məlumata görə, N.Nərimanov küçəsinin uzunluğu 630 metr, eni isə 10 metrdir. Təmir işləri çərçivəsində zəruri olan yerlərdə səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün yeni yağış-kanalizasiya qurulur. Bundan başqa, aidiyyəti qurum tərəfindən su xətlərinin yenilənməsi işləri də həyata keçirilir.

    Təmir işləri zamanı yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək ərazidən daşınıb, yolun hərəkət hissəsi asfaltlanmaq üçün hazır vəziyyətə gətirilir. Daha sonra küçənin 6 min kv. metrdən çox sahəsinə ikiqat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq. Bundan başqa, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları da yenilənəcək.

    Bu işlər çərçivəsində mövcud piyada səkiləri bərpa olunub və yeniləri tikilərək asfaltlanıb. Piyada səkilərinin kənarlarına 1 200 poqon metr yeni səki daşları düzülüb.

    Təmir işləri bitdikdən sonra küçədə zəruri olan yerlərdə yol nişanları quraşdırılmaqla, yolcizgi, yolgöstərici xətlər çəkilməklə avtonəqliyyat vasitələrinin normal hərəkəti təmin olunacaq və küçə yeni görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi