Nəbatat bağında yeni ağac və dekorativ gül kolları əkilir

Nəbatat bağında yeni ağac və dekorativ gül kolları əkilir Bir neçə ay ərzində torpağa salınan bitkilərin yerli şəraitə necə uğunlaşması müəyyən ediləcək
İnfrastruktur
3 Aprel , 2017 20:37
Nəbatat bağında yeni ağac və dekorativ gül kolları əkilir
AMEA

Bakı. 3 aprel. REPORT.AZ/ AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Nəbatat bağında bitki ehtiyatlarının xammal bazasını zənginləşdirmək məqsədi ilə bağın təcrübə sahələrinə regionda bitən və kənardan gətirilən ayrı-ayrı torpaq və iqlim xüsusiyyətlərinə malik olan bəzək, dərman, efiryağlı və digər bitki nümunələri əkilərək üzərlərində elmi tədqiqat işləri aparılır. 

AMEA-dan "Report"a verilən məlumata görə, bağda nadir və nəsli kəsilməkdə olan bitki növlərin artırılması və bu bitkilərin qorunması tədbirləri də həyata keçirilir.

Yaz-yay mövsümünün başlanması ilə əlaqədar bu günlərdə Nəbatat bağında mövcud yaşıllıqlara qulluq edilməklə yanaşı, bağın təcrübə sahəsinə yeni ağac və dekorativ gül bitkiləri salınır. Bioresurslar İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü Tariyel Talıbov və Nəbatat bağının şöbə müdiri biologiya üzrə fəlsəfə doktoru, dosent Teyyub Paşayev tərəfindən AMEA-nın Dendrologiya İnstitutunundan, İran və Türkiyə Respublikalarından,Batumi Botanika Bağından gətirilən və xüsusi sahələrə əkilən yeni bitki növlərinin arasında xeyli sayda otaq bitkiləri, müxtəlif kaktus növləri, palma tingləri, müxtəlif şamlar və digər bitki nümunələri var.

Bir neçə ay ərzində torpağa salınan bitkilərin yerli şəraitə necə uğunlaşması müəyyən ediləcək. Əldə olunan yeni növləri artırmaqla Naxçıvan Muxtar Respublikanın yaşıllaşdırma işlərində, müxtəlif təşkilat və fermer təsərrüfatlarında istifadəsi nəzərdə tutulur.

Qeyd edək ki, Nəbatət bağının ərazisində qurulan “Ultra Sera” ailəsinə məxsus son texnologiyaya malik istilikxanada nümayiş etdirilən ayrı-ayrı iqlim qurşaqlarına uyğun olan tropik, subtropik, ekvatorial və digər bir çox bitki növlərin toxumlarından alınan cücərtilər üzərində haliyədə müşahidələr aparılır ki, bu bitki növlərinin də muxtar respublikamızın torpaq iqlim şəraitinə uyğunlaşdırılması, introduksiya edilməsi çox böyük müvəffəqiyyət hesab oluna bilər.

Son xəbərlər

Orphus sistemi