Yuxarı

Nazirdən Şəmkir-Qaranüy avtobus marşrutunun açılması istənilib

Ziya Məmmədov Şəmkirdə vətəndaş qəbulu keçirib

Bakı. 24 iyul. REPORT.AZ/ Bu gün Şəmkirdəki Heydər Əliyev Mərkəzində nəqliyyat naziri Ziya Məmmədov Şəmkir, Tovuz və Qazax rayonlarından olan vətəndaşları qəbul edərək onların şikayət və təkliflərini dinləyib.

"Report" xəbər verir ki, vətəndaşların müraciətləri əsasən Şəmkir avtovağzalının tikintisi, Şəmkir-Qaranüy avtobus marşrutunun açılması, Tovuzda mövcud dəmiryolu körpüsünə paralel olaraq ikinci körpünün inşası, Tovuz-Böyük Qışlaq avtomobil yolunun təmiri, işə qəbul və digər məsələlərlə bağlı olub.

Z.Məmmədov vətəndaşların səsləndirdikləri müraciət və şikayətlərlə əlaqədar nazirliyin struktur rəhbərlərinə göstərişlər verib.

Vətəndaşları narahat edən, nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi