Nazir müavini: "İctimai nəqliyyatda gediş haqqının artırılması gündəmdə deyil"

Nazir müavini: "İctimai nəqliyyatda gediş haqqının artırılması gündəmdə deyil" Musa Pənahov: "Nəqliyyat Nazirliyi bununla bağlı Tarif Şurasına müraciət etməyib"
İnfrastruktur
20 Yanvar , 2016 13:20
Nazir müavini: İctimai nəqliyyatda gediş haqqının artırılması gündəmdə deyil

Bakı. 20 yanvar. REPORT.AZ/ Bakıda ictimai nəqliyyatda gediş haqqının artırılması nəzərdə tutulmur. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib: "Nəqliyyat Nazirliyi bununla bağlı Tarif Şurasına müraciət etməyib".

M.Pənahov deyib ki, bu məsələ hazırda Nazirliyin gündəmində deyil. 

Bununla yanaşı, M.Pənahov yeni avtobusların istifadəyə verildiyini açıqlayıb: "Bu, əhaliyə daha yüksək xidmət göstərmək və gediş-gəlişi asanlaşdırmaq məqsədi daşıyır".

Nazir müavini, həmçinin Bakı Beynəlxalq Avtovağzalı yaxınlığında torpaq sürüşməsi ilə bağlı məsələyə də münasibət bildirib. Onun sözlərinə görə, avtovağzal ərazisində sürüşmə prosesi artıq dayanıb, orada müəyyən işlər görülüb. Yaxın zamanlarda bütün işlər tam yekunlaşacaq.

Son xəbərlər

Orphus sistemi