Nazir müavini: “Gürcüstan regionun logistika mərkəzinə çevrilir”

Nazir müavini: “Gürcüstan regionun logistika mərkəzinə çevrilir” Tbilisi. 12 sentyabr. REPORT.AZ/ “Gürcüstan regionun logistika mərkəzinə çevrilir”.
İnfrastruktur
12 Sentyabr , 2018 10:58
Nazir müavini: “Gürcüstan regionun logistika mərkəzinə çevrilir”
0 : 00
0 : 00

Tbilisi. 12 sentyabr. REPORT.AZ/ “Gürcüstan regionun logistika mərkəzinə çevrilir”.

“Report”un yerli bürosunun məlumatına görə, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini İrma Kavtaradze Tbilisidə keçirilən “Argus Xəzər-Qara Dəniz Nəqliyyat Dəhlizi 2018” adlı V beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, Gürcüstanın loqistika mərkəzinə çevrilməsi üçün bir sıra genişmiqyaslı infrastruktur layihələr həyata keçirilir: “Bu layihələrə Anaklia dərin dəniz limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, Gürcüstan dəmir yollarının yenilənməsi, Tbilisi və Kutaisi şəhərlərində loqitika mərkəzlərinin yaradılması daxildir”.

Nazir müavini bildirib ki, Gürcüstanın Avropa İttifaqı və Çin ilə azad ticarət haqqında sazişləri var: “Yaponiya ilə də bu istiqamətdə danışıqlar aparılır. Əsas məqsəd Gürcüstanda yerli məhsulların istehsalı və xarici bazarlara ixracının artırılmasını stimullaşdırmaqdır”. 

Son xəbərlər

Orphus sistemi