Nazir müavini: "Bakı Beynəlxalq Avtovağzalında sürüşmə ilə bağlı bütün tədbirlər yekunlaşıb"

Nazir müavini: "Bakı Beynəlxalq Avtovağzalında sürüşmə ilə bağlı bütün tədbirlər yekunlaşıb" Qurumun səlahiyyətlərin azaldılmasının optimallaşdırma ilə bağlı olduğunu bildirib
İnfrastruktur
27 Dekabr , 2016 16:58
Nazir müavini: Bakı Beynəlxalq Avtovağzalında sürüşmə ilə bağlı bütün tədbirlər yekunlaşıb

Bakı. 27 dekabr. REPORT.AZ/ Bakı Beynəlxalq Avtovağzalının ərazisindəki sürüşmə ilə əlaqələli heç bir aktivləşmə yoxdur və sürüşmə ilə bağlı bütün tədbirlər yekunlaşıb. 

Bunu “Report”a açıqlamasında Azərbaycan nəqliyyat nazirinin müavini Musa Pənahov deyib.

M.Pənahov Bakı Beynəlxalq Avtovağzalının ərazisində sürüşmənin qarşısının alınması üçün çəkilən xərclərdən məlumatsız olduğunu deyib: “Orda birbaşa maliyyələşmə getdiyinə görə, mənim xəbərim yoxdur”.

Nazir müavini həmçinin təmsil etdiyi qurumun səlahiyyətlərin azaldılması məsələsini şərh edərkən bunun optimallaşdırma ilə bağlı olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi