Nazir: "Bakı-Tbilisi-Qars dəmir yolu magistralı Şərq-Qərb körpü rolunu oynayacaq"

Nazir: "Bakı-Tbilisi-Qars dəmir yolu magistralı Şərq-Qərb körpü rolunu oynayacaq" Bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Georgi Qaxariya deyib
İnfrastruktur
2 Oktyabr , 2017 10:45
Nazir: Bakı-Tbilisi-Qars dəmir yolu magistralı Şərq-Qərb körpü rolunu oynayacaq

Bakı. 2 oktyabr. REPORT.AZ/ "Bakı-Tbilisi-Qars dəmir yolu magistralı Şərqlə Qərb arasında özünəməxsus körpü rolunu oynayacaq."

"Report"un "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Georgi Qaxariya deyib.

"Türkiyə, Azərbaycan, Gürcüstan bu körpünün əsas iştirakçılarıdır. Layihə üç ölkəni birləşdirir", - nazir bildirib.

Onun sözlərinə görə, hər üç tərəf layihənin reallaşdırılmasına töhvə verib, dəmir yolunun yaxın vaxtlarda istismara verilməsi və yük daşınmasının təşkili üçün böyük səy göstərilib.

G.Qaxariya qeyd edib ki, layihə tam həyata keçirilməsə, daşımaların tarifləri barədə konkret nə isə demək düzgün olmazdı: "Sınaq qatarlarından sonra demək olar ki, dəmir yolu magistralı, bütövlükdə, 2 mln. tona qədər yük daşıya bilər".

Son xəbərlər

Orphus sistemi