Nazir: "Azərbaycanda bütün dövlət orqanları qeyri-neft sektorunun inkişafı üçün təşviqat işləri aparır"

Nazir: "Azərbaycanda bütün dövlət orqanları qeyri-neft sektorunun inkişafı üçün təşviqat işləri aparır" Bunu regionların inkişafına həsr olunmuş konfransda iqtisadiyyat naziri Şahin Mustafayev bildirib
İnfrastruktur
30 Yanvar , 2017 12:47
Nazir: Azərbaycanda bütün dövlət orqanları qeyri-neft sektorunun inkişafı üçün təşviqat işləri aparır

Bakı. 30 yanvar. REPORT.AZ/ “Ölkə əhalisinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması dövlət başçısının xüsusi önəm verdiyi və qarşımıza qoyduğu ən vacib tapşırıqlardandır”. “Report” xəbər verir ki, bunu bu gün keçirilən Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2014-2018-ci illər) icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Nazir qeyd edib ki, ölkə başçısı da vurğuladığı kimi bu gün Azərbaycanın regionlarının simasında böyük dəyişikliklər var: “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində xeyli tədbirlər həyata keçirilib. Ölkədə siyası sabitlik, əvvəlki illərdə görülən işlər, yaradılan potensial, həyata keçirilən islahatlar nəticəsində dünya iqtisadiyyatında baş verən hadisələr fonunda belə Azərbaycan iqtisadiyyatının dayanıqlılığı təmin edilib”.

Ş.Mustafayev bildirib ki, qeyri-neft sektorunun inkişafı idxaldan asılı olduğu üçün hazırda bu istiqamətdə bir sıra mühüm tədbirlər həyata keçirilir: “Qeyri-neft sektorunun inkişafı üçün kənd təsərrüfatı sahəsi mühüm sahələrdən biri sayılır. Hazırda Azərbaycanda bütün dövlət orqanları ölkənin bu sektorunun inkişafı sahəsində mühüm təşviqat işləri aparır. Gömrük sahəsində də həmçinin böyük islahatlar aparılıb. Bu il də regionların infrastrukturunun genişləndirilməi davam etdiriləcək. Sənaye parklarında sahibkarlar üçün güzəştli şərait yaradılıb. Azərbaycanın ixrac potensialı böyükdür. Bu səbəbdən biz ölkə başçısının tapşırıqları əsasında tədbirləri həyata keçirməyə davam edəcəyik, ölkə başçısı tərəfindən qarşımıza qoyulan bütün işlər həyata keçiriləcək”.

Qeyd edək ki, konfransda Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib.

Son xəbərlər

Orphus sistemi