Naxçıvanski küçəsi təmir edilib

Naxçıvanski küçəsi təmir edilib Ümumilikdə, təqribən 16 min kv. metr sahə 11 sm qalınlığında asfaltlanıb
İnfrastruktur
1 Fevral , 2016 17:25
Naxçıvanski küçəsi təmir edilib

Bakı. 1 fevral. REPORT.AZ/ Bakı şəhəri Nizami rayonunun Naxçıvanski küçəsi təmir edilib. Bu barədə "Report"a “Azəryolservis” ASC-nin Mətbuat Katibliyindən məlumat daxil olub. 

Belə ki, küçənin hər iki istiqaməti üzrə, yəni Qara Qarayev prospektindən Bəkir Çobanzadə küçəsinə doğru və əksinə olan 1,7 km-lik hissəsi  texnoloji ardıcıllığa riayət olunmaqla yüksək keyfiyyətlə təmir edilərək nəqliyyat vasitələrinin hərəkəti üçün açılıb.

Təmir-tikinti işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyü qaşınaraq, ərazidən daşınıb. Bundan sonra əraziyə iki qat olmaqla yeni asfalt-beton örtüyü döşənib. Ümumilikdə, təqribən 16 min kv. metr sahənin 11 sm qalınlığında asfaltlanması işləri aparılıb.

Ortalama eni 9 metr olan küçəyə 3 400 poqon metr yeni səki daşları düzülüb, kommunikasiya xətlərinin əmir-beton plitələri qaldırılaraq 54 ədəd yeni baxış qapağı qoyulub və zəruri olan yerlərdə yağış barmaqlıqları yenilənib.

Küçədə nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb.

Son xəbərlər

Orphus sistemi