Yuxarı

Naxçıvanda əsas kapitala qoyulan vəsait 1,4% artıb

​Naxçıvanda əsas kapitala qoyulan investisiyalar 1,4% artıb

Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında bütün maliyyə mənbələrindən əsas kapitala 790 mln 838,9 min manat vəsait yönəldilib.

“Report”un Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, bir il öncəki göstəricidən 1,4% çoxdur. Bu göstərici ölkənin digər iqtisadi rayonları ilə müqayisədə Naxçıvan Muxtar Respublikasında əsas kapitala vəsait qoyuluşlarının həcminin daha çox olduğunu deməyə əsas verir.

Vəsait qoyuluşlarının 750 mln 164,7 min manatı və ya 94,9%-i tikinti-quraşdırma işlərində istifadə edilib ki, bu da bir il öncəki göstəricidən 3,1% çoxdur. Bəhs olunan dövrdə muxtar respublikada 136 müxtəlif təyinatlı obyekt tikilib, yenidən qurulmuş və ya əsaslı təmir olunmuş, 194 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi