Yuxarı

Naxçıvan və Məşhəd arasında sərnişin qatarı işə salına bilər

Qatar Naxçıvan-Culfa-Təbriz-Tehran-Məşhəd marşrutu üzrə hərəkət edəcək

Bakı. 3 mart. REPORT.AZ/ Naxçıvan və İranın Məşhəd şəhəri arasında sərnişin qatarı işə salına bilər.

Bu barədə "Report"a İranın Naxçıvandakı Baş konsulluğundan bildiriblər. 

Məlumata əsasən, İran və Azərbaycan dəmir yolu qurumları arasında bununla bağlı müzakirələr aparılıb. 

İranın Naxçıvandakı baş konsulu Mansour Airom qeyd edib ki, mövcud infrastrukturu nəzərə alaraq, bu qatarı müzakirələrdən qısa müddət sonra işə salmaq olar. 

Qatarın Naxçıvan-Culfa-Təbriz-Tehran-Məşhəd marşrutu üzrə hərəkət edəcəyi gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi