"Naxçıvan Meliorasiya və Su Təsərrüfatı" ASC dövlət qeydiyyatına alınıb

"Naxçıvan Meliorasiya və Su Təsərrüfatı" ASC dövlət qeydiyyatına alınıb Vergilər Nazirliyi aprelin 2-də Naxçıvan Meliorasiya və Su Təsərrüfatı ASC-ni dövlət qeydiyyatına alıb.
İnfrastruktur
4 Aprel , 2020 14:16
Naxçıvan Meliorasiya və Su Təsərrüfatı ASC dövlət qeydiyyatına alınıb

Vergilər Nazirliyi aprelin 2-də "Naxçıvan Meliorasiya və Su Təsərrüfatı" ASC-ni dövlət qeydiyyatına alıb.

"Report" nazirliyə istinadən xəbər verir ki, yeni kommersiya qurumunun hüquqi ünvanı Naxçıvan şəhəri, Xətai küçəsi, qanuni təmsilçisi isə əvvəlcədən deyildiyi kimi Yəhya Salman oğlu Alahverdiyevdir. Səhmdar cəmiyyətinin nizamnamə kapitalı isə açıqlanmayıb.

Xatırladaq ki, Naxçıvan MR-in Ali Məclisinin Sədri Vasif Talıbov martın 6-da “Naxçıvan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin yaradılması haqqında fərman imzalayıb. Bu qurum Naxçıvandakı Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin əsasında yaradılıb. Y. Allahverdiyevə gəlincə isə, o bundan əvvəl ləğv edilmiş Dövlət Komitəsinin sədr müavini olub. 

Son xəbərlər

Orphus sistemi