Naxçıvan Beynəlxalq Hava Limanında yük və sərnişin dövriyyəsinin həcmi artırılacaq

Naxçıvan Beynəlxalq Hava Limanında yük və sərnişin dövriyyəsinin həcmi artırılacaq Bakı. 2 noyabr. REPORT.AZ/ Naxçıvan Beynəlxalq Hava Limanında yeni uçuş-enmə zolağı inşa olunur.
İnfrastruktur
2 Noyabr , 2018 23:49
Naxçıvan Beynəlxalq Hava Limanında yük və sərnişin dövriyyəsinin həcmi artırılacaq

Bakı. 2 noyabr. REPORT.AZ/ Naxçıvan Beynəlxalq Hava Limanında yeni uçuş-enmə zolağı inşa olunur. 

"Report" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağında aparılan tikinti işləri ilə maraqlanıblar.

Məlumat verilib ki, uçuş-enmə zolağının uzunluğu 3300, eni isə 60 metrdir. Hazırda ərazidə torpaq işləri görülür. Tikinti işləri aparılarkən texniki tələblərə tam əməl olunur. Ərazidə yağış və qrunt sularının axıdılması üçün drenaj və kollektorlar qazılıb. Hazırda uçuş-enmə zolağının torpaq qatı bərkidilir, mühəndis-kommunikasiya xətləri çəkilir, yanğın nəzarət qülləsi inşa olunur. Müasir tələblər səviyyəsində tikilən uçuş-enmə zolağına keyfiyyətli asfalt-beton örtük salınacaq. Yeni uçuş-enmə zolağı istifadəyə verildikdən sonra Naxçıvan Beynəlxalq Hava Limanında yük və sərnişin dövriyyəsinin həcmi artacaq.

Ali Məclisin sədri tikinti işlərinin keyfiyyətlə aparılması, eləcə də aviasiya təhlükəsizliyi ilə bağlı tələblərə əməl edilməsi barədə müvafiq tapşırıqlar verib.

Son xəbərlər

Orphus sistemi