Naxçıvan Avtomobil Zavodu Avropa Oyunları üçün Bakıya 280 avtomobil göndərib

Naxçıvan Avtomobil Zavodu Avropa Oyunları üçün Bakıya 280 avtomobil göndərib Günün istənilən vaxtında hər hansı bir problemlə qarşılaşacaq sürücü Qaynar Xəttə müraciət edə bilər
İnfrastruktur
8 İyun , 2015 10:03
Naxçıvan Avtomobil Zavodu Avropa Oyunları üçün Bakıya 280 avtomobil göndərib

Bakı. 8 iyun. REPORT.AZ/ Naxçıvan Avtomobil Zavodu (NAZ) "Bakı-2015" I Avropa Oyunlarının rəsmi dəstəkçisi olaraq rəsmi tərəfdaşlıq çərçivəsində artıq Bakıya 280 ədəd "NAZ-Lifan" markalı avtomobil göndərib. 

"Report"un verdiyi xəbərə görə, bu barədə müəssisənin direktoru Musa Abdullayev məlumat verib: "Müəssisədə yığılan 80 ədəd "NAZ-Lifan X60" krossoveri və 200 ədəd "NAZ-Lifan 720" markalı avtomobil istifadə üçün "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinə təhvil verilib".

Onun sözlərinə görə, idman yarışlarında işlərin maneəsiz şəkildə görülməsi üçün mükəmməl nəqliyyat vasitələri ilə təminat məqsədi ilə fasiləsiz servis xidməti də təşkil edilib.

"Günün istənilən vaxtında hər hansı bir problemlə qarşılaşacaq sürücü Qaynar Xəttə müraciət edə bilər. Dərhal həmin ünvana yollanacaq çinli və yerli mütəxəssislərdən ibarət peşəkar mobil briqada problemi yerindəcə həll etmək gücünə malikdir", - deyə M.Abdullayev əlavə edib.

Son xəbərlər

Orphus sistemi