Naxçıvan aeroportunda havanın dumanlı olması səbəbindən aviareys təxirə salınıb

Naxçıvan aeroportunda havanın dumanlı olması səbəbindən aviareys təxirə salınıb Bakı. 22 dekabr. REPORT.AZ/ Bu gün səhər saatlarında icra edilməli olan Bakı-Naxçıvan aviareysi təxirə salınıb. “Report” xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.
İnfrastruktur
22 Dekabr , 2017 11:17
Naxçıvan aeroportunda havanın dumanlı olması səbəbindən aviareys təxirə salınıb

Bakı. 22 dekabr. REPORT.AZ/ Bu gün səhər saatlarında icra edilməli olan Bakı-Naxçıvan aviareysi təxirə salınıb. “Report” xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

Məlumata görə, AZAL aviaşirkətinin bu gün saat 08:12-də Bakıdan Naxçıvana J2 251 reysi üzrə uçan təyyarə Naxçıvan Hava Limanında hava şəraitinin kəskin pisləşməsi (duman və məhdud görüntü) ilə əlaqədar olaraq Heydər Əliyev Hava Limanına qayıdıb.

Reyslərin qəbulunun mümkünlüyü haqqında təyinat aeroportundan müvafiq təsdiq alındıqdan sonra təyyarə yenidən yola düşəcək.

Son xəbərlər

Orphus sistemi