Azərbaycanın yenilənmiş xəritəsi buraxılıb

Azərbaycanın yenilənmiş xəritəsi buraxılıb Xəritələr 36 min 580 yaşayış məntəqəsi üçün nəzərdə tutulub
İnfrastruktur
29 Oktyabr , 2015 09:03
Azərbaycanın yenilənmiş xəritəsi buraxılıb

Bakı. 29 oktyabr. REPORT.AZ/ "Naviqasiya Texnologiyaları Mərkəzi" şirkəti Yaxın Şərq, Zaqafqaziya və Asiyanın yeni "Q3 2015" xəritələrinin buraxıldığını elan edib.

"Report" xəbər verir ki, yenilənməyə 11 ölkə - Azərbaycan, Ermənistan, Vyetnam, Gürcüstan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə və Özbəkistan daxildir.

Yenilənmiş xəritələr 6 milyon 855 min 284 maraq nöqtəsi, 3 milyon 757 min 331 km. yol xətti, 770 min 347 şəhər və yaşayış məntəqəsini özündə əks etdirir.

Bununla yanaşı ünvan axtarışı və küçə-yol şəbəkəsi ilə bağlı məlumatların daxil olduğu ətraflı yol xəritələri 36 min 580 yaşayış məntəqəsi üçün nəzərdə tutulub. Bütün ölkələrin xəritələri ünvan axtarışı ilə yaşayış məntəqələrinin yaşayış və sənaye infrastrukturunu əks etdirir.

Son xəbərlər

Orphus sistemi