Nardaran qəsəbəsində daha bir küçədə yenidənqurma işləri yekunlaşıb

Nardaran qəsəbəsində daha bir küçədə yenidənqurma işləri yekunlaşıb Layihə çərçivəsində küçə genişləndirilərək 2 gediş, 2 gəliş hərəkət zolağı olmaqla 18 m-ə çatdırılıb
İnfrastruktur
31 Mart , 2016 10:12
Nardaran qəsəbəsində daha bir küçədə yenidənqurma işləri yekunlaşıb

Bakı. 31 mart. REPORT.AZ/ Ölkə başçısının tapşırığına əsasən Bakının Nardaran qəsəbəsinin abadlaşdırılması, sosial-mədəni infrastrukturunun yenilənməsi məqsədi ilə aparılan kompleks tədbirlər çərçivəsində “Azəravtoyol” ASC Abşeron küçəsinin yenidən qurulması işlərini qısa müddət ərzində yekunlaşdırıb.

“Report” “Azəravtoyol”a istinadən xəbər verir ki, layihəyə uyğun olaraq, küçə genişləndirilərək 2 gediş, 2 gəliş hərəkət zolağı olmaqla 18 m-ə çatdırılıb.Bunun üçün isə küçə boyu yaşayış və qeyri-yaşayış obyektlərinin söküntüsü işləri aparılıb. Sökülən evlərin və obyektlərin sahiblərinə qanunvericiliyə uyğun nəzərdə tutulan kompensasiya ödənilib.

ASC-nin sədri Saleh Məmmədovun xüsusi nəzarəti altında yüksək keyfiyyətlə və texnoloji ardıcıllığa riayət olunmaqla aparılan işlər çərçivəsində genişləndirilən küçə boyu yeni hasarlar tikilib, suvanıb və rənglənib, sakinlərin həyətlərinin girişinə estetik baxımından küçəyə gözəllik qatan yeni giriş qapıları qoyulub. Yenidənqurma işləri çərçivəsində yeni yeraltı kommunikasiya xətləri ( qaz, işıq, rabitə, su və kanalizasiya ) çəkilib, köhnələri isə tamamilə təzələnib.

Küçə boyu hər iki istiqamət üzrə 2 m enində yeni piyada səkiləri tikilib, 4500 p/m yeni səki daşı düzülüb. Səkilərin 8800 kv.m sahəsi asfaltlanıb, işıq dirəkləri üçün xüsusi bünövrə tökülüb, dirəklər quraşdırılıb. Abşeron küçəsinin Nəsrulla Əsgərov küçəsi ilə kəsişməsində 10 m diametrində yeni dairə inşa edilib. Dairənin içərisinə bəzək daşları düzülüb.

Ümumilikdə küçənin 40 min kv.m sahəsinə 3 qat və 25 sm qalınlığında olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Bu işlərə paralel olaraq avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb.

Qeyd edək ki, küçənin uzunluğu 2,2 km., mövcud eni isə ortalama 8 m idi. Bundan əvvəl küçənin ensiz olması, uzun müddət təmir edilməməsindən yolun hərəkət hissəsinin sıradan çıxmış vəziyyətdə olması, piyadaların normal və təhlükəsiz şəkildə hərəkətinin təşkili üçün səkilərin olmaması, üstəlik işıqlandırma sisteminin olmaması, gecələr yolun işıqlandırılmaması vətəndaşların gediş-gəlişində xeyli çətinliklər yaradırdı.

Son xəbərlər

Orphus sistemi