Yuxarı

​Nəsimi və Səbail rayonlarında su olmayacaq

“Azərsu” yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir

Bakı. 2 sentyabr. REPORT.AZ/ Bakı şəhərinin Nəsimi və Səbail rayonlarında bu gündən başlayaraq 24 saat müddətinə su olmayacaq.

Bu barədə “Report”a “Azərsu” ASC-nin mətbuat xidmətindən məlumat daxil olub. Məlumata görə yaranan çətinlik Nəsimi rayonu Bülbül prospektində yol infrastrukturunun yenidən qurulması işləri çərçivəsində ərazidən keçən su və kanalizasiya xətlərinin dəyişdirilməsi ilə əlaqədardır.

Qurum yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi