Müsüslü stansiyasında yeni yoldəyişənlər quraşdırılır

Müsüslü stansiyasında yeni yoldəyişənlər quraşdırılır Bakı. 24 avqust. REPORT.AZ/ Bakı-Böyük Kəsik istiqamətində 600 km yol əsaslı təmir olunur.
İnfrastruktur
24 Avqust , 2018 14:48
Müsüslü stansiyasında yeni yoldəyişənlər quraşdırılır
ady.az
0 : 00
0 : 00

Bakı. 24 avqust. REPORT.AZ/ Bakı-Böyük Kəsik istiqamətində 600 km yol əsaslı təmir olunur.

Azərbaycan Dəmir Yolları” QSC-dən “Report”a verilən məlumata görə, hazırda Müsüslü stansiyasında 10 ədəd yeni yoldəyişən qurğu quraşdırılır. İşlər mərhələli şəkildə davam etdiriləcək. Prosesi 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir.

Qeyd edək ki, 2016-cı ilin sentyabr ayından etibarən 5 və 11 saylı İDYM MMC-lər tərəfindən yeni yoldəyişənlərin quraşdırılması həyata keçirilir. İlk belə yoldəyişən 9 sentyabr 2016-cı ildə quraşdırılıb və bu günə kimi 196 yoldəyişən yenisi ilə əvəz olunub.

Son xəbərlər

Orphus sistemi