​Musa Pənahov: "Yaxın zamanlarda məlumatların dayanacaqlara və mobil cihazlara ötürülməsi təmin ediləcək"

​Musa Pənahov: "Yaxın zamanlarda məlumatların dayanacaqlara və mobil cihazlara ötürülməsi təmin ediləcək" M.Pənahov digər marşrutların da tənzimlənməsini həyata keçirmək üçün fəaliyyətə başlayacaqlarını deyib
İnfrastruktur
4 Dekabr , 2015 15:47
​Musa Pənahov: Yaxın zamanlarda məlumatların dayanacaqlara və mobil cihazlara ötürülməsi təmin ediləcək

Bakı. 4 dekabr. REPORT.AZ/ Təzə gətirilən avtobuslar marşrutlara buraxıldıqdan sonra dayanacaqlardakı monitorların fəaliyyətinə yenidən baxılacaq. "Report" xəbər verir ki, bunu jurnalistlərə nəqliyyat nazirinin müavini Musa Pənahov deyib.

M.Pənahov digər marşrutların da tənzimlənməsini həyata keçirmək üçün fəaliyyətə başlayacaqlarını deyib:

"Marşrutlara buraxılmayan az sayda avtobus qalıb. Onlar da marşrutlara buraxılandan sonra biz bu marşrutlarla kəsişməyən digər marşrutların da tənzimlənməsini həyata keçirəcəyik".

Nazir müavini yeni gətirilən avtobuslara məlumatları Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) ötürmək üçün olan avadanlıqların quraşdırılması işlərinin getdiyini açıqlayıb:

"Bilirsiniz ki, yeni avtobuslarda müəyyən avadanlıqlar olmalıdır və həmin avadanlıqlar intellektual mərkəzə informasiyaları ötürməlidir. Daha sonra isə həmin məlumatlar intellektual mərkəzdən dayanacaqlardakı "BIT" qurğularına ötürülməlidir. Hazırda həmin avadanlıqların avtobuslara quraşdırılması üzərində işlər gedir. Həmçinin proqram təminatında da bəzi dəyişikliklər aparılır. Yaxın zamanlarda məlumatların dayanacaqlara və mobil cihazlara ötürülməsi təmin ediləcək".

Nazir müavini həmçinin sərnişin sıxlığı ilə əlaqədar pik saatlarda xətlərə əlavə avtobusların buraxıldığını da açıqlayıb.

Son xəbərlər

Orphus sistemi