Musa Pənahov: "Avtovağzalın qarşısındakı sürüşmə avtomobillərin hərəkətinə maneə törətmir"

Musa Pənahov: "Avtovağzalın qarşısındakı sürüşmə avtomobillərin hərəkətinə maneə törətmir" Nazir müavini bildirib ki, sürüşmə ərazidəki yaşıllığın sulanması nəticəsində yaranıb
İnfrastruktur
20 Oktyabr , 2015 18:00
Musa Pənahov: Avtovağzalın qarşısındakı sürüşmə avtomobillərin hərəkətinə maneə törətmir

Bakı. 20 oktyabr. REPORT.AZ/ "Bakı-Sumqayıt şosesində, Bakı Beynəlxalq Avtovağzalının qarşısındakı sürüşmə ərazisində mütəxəssislər araşdırmalar aparırlar. Bu, su sızması və ərazidəki yaşıllığın sulanması nəticəsində baş verən hadisədir". 

"Report" xəbər verir ki, bunu nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib. 

Nazir müavini deyib ki, hazırda ərazidə zəruri tədbirlər görülür, yaranan problemlər qısa müddətdə aradan qaldırılacaq: "Bir sözlə, həmin ərazi nəqliyyat vasitələrinin hərəkətinə və qurumun fəaliyyətinə heç bir maneə törətmir". 

Son xəbərlər

Orphus sistemi