Moskvanın çovğunlu hava şəraiti Bakı-Moskva aviareyslərinə təsir etməyib

Moskvanın çovğunlu hava şəraiti Bakı-Moskva aviareyslərinə təsir etməyib Aviareyslər qrafik üzrə yerinə yetirilir
İnfrastruktur
7 Noyabr , 2016 10:50
Moskvanın çovğunlu hava şəraiti Bakı-Moskva aviareyslərinə təsir etməyib

Bakı. 7 noyabr. REPORT.AZ/ Rusiyanın paytaxtı Moskva şəhərində müşahidə edilən çovğunlu hava şəraiti Bakı-Moskva və Moskva-Bakı istiqamətində həyata keçirilən aviareyslərin qrafikinə təsir etməyib. 

Bu barədə "Report"a Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat verilib: "Təyyarələrin hərəkətində heç bir ləngimə və ya təxirəsalınma qeydə alınmayıb".

Qeyd edək ki, Bakı-Moskva və Moskva-Bakı istiqamətində həftənin hər günü aviauçuşlar yerinə yetirilir. Bakıdan Moskvanın "Domodedovo" hava limanına saat 10:40, 17:35, 20:00-da, "Şeremetyevo" hava limanına saat 06:00 və 16:05, "Vnukovo" aeroportuna isə həftənin I, III, IV, V və VI günləri saat 08:00-da, digər günlər isə saat 15:00-da aviareyslər həyata keçirilir.

Moskvadan isə təyyarə həftənin hər günü "Domodedovo" hava limanından saat 12:30, 14:40 və 23:35-də, "Şeremetyevo" hava limanından 00:55, 11:00 və "Vnukovo"dan 09:55 və 11:10-da Bakıya istiqamət alır.

Rusiyanın "TASS" Agentliyinin yaydığı məlumata görə, Moskva hava limanlarında 30 aviareys təxirə salınıb, 40-ı isə ləngiyir. Belə ki, "Domodedovo" aeroportunda 22 reys ləngiyir, 4-ü isə təxirə salınıb. "Şeremetyevo"da 13 reys ləngiyir, 29 reys təxirə salınıb. "Vnukovo" və "Şeremetyevo" hava limanlarının qrafikində heç bir dəyişiklik edilməyib. Paytaxt və ətraf ərazilərdə havanın boranlı keçəcəyi və yolların buz bağlayacağı barədə məlumat verilib.

Son xəbərlər

Orphus sistemi