Bakı. 3 fevral. REPORT.AZ/ Fevralın 3-də Rusiyanın paytaxtı Moskvadan Azərbaycanın Lənkəran şəhərinə uçmalı olan "U6 2421" saylı təyyarə reysi təxirə salınıb.
"Report" "Domodedovo" aeroportunun elektron tablosuna istinadən xəbər verir ki, təyyarə Bakı vaxtı ilə saat 09:20-də Moskvadan uçmalı və 13:20-də Lənkəranda eniş etməli idi.
Reysin “Ural Airlines” aviaşirkətinə məxsus "Airbus A321" təyyarəsi ilə həyata keçirilməsi nəzərdə tutulurdu.