Moskvada Şimal-Cənub nəqliyyat dəhlizinə dair dəyirmi masa keçirilib

Moskvada Şimal-Cənub nəqliyyat dəhlizinə dair dəyirmi masa keçirilib Bakı. 1 dekabr. REPORT.AZ/ Moskvada, Rusiya Ticarət-Sənaye Palatasında Şimal-Cənub nəqliyyat dəhlizində ticarət və logistika – Rusiya, Azərbaycan və İran arasında işgüzar əməkdaşlıq” mövzusunda dəyirmi masa keçirilib.
İnfrastruktur
1 Dekabr , 2017 12:47
Moskvada Şimal-Cənub nəqliyyat dəhlizinə dair dəyirmi masa keçirilib

Bakı. 1 dekabr. REPORT.AZ/ Moskvada, Rusiya Ticarət-Sənaye Palatasında "Şimal-Cənub nəqliyyat dəhlizində ticarət və logistika – Rusiya, Azərbaycan və İran arasında işgüzar əməkdaşlıq” mövzusunda dəyirmi masa keçirilib.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, tədbiri Palata Rusiyanın Azərbaycandakı ticarət nümayəndəliyinin dəstəyi ilə təşkil edib.

Dəyirmi masada çıxış edən Palata prezidentinin müşaviri Georgiy Petrov xatırladıb ki, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ideyası 1993-cü ildə meydana gəlib: “Qeyd etmək istəyirəm ki, bu, təkcə nəqliyyat infrastukturu deyil, həm də ölkələr arasında iqtisadi əlaqədir. Rusiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığa böyük diqqət ayrılıb”.

Azərbaycanın Rusiyadakı səfirinin iqtisadi məsələlər üzrə müşaviri Şövqi Mehdizadə isə çıxış edərək deyib ki, Azərbaycan Rusiyaya qarşı sanksiyaları nəinki dəstəkləyib, əksinə, ölkələrarası ticarət dövriyyəsini artırıb: “Hazırda Azərbaycan və onun ayrı-ayrı regionları Rusiyanın Həştərxan, Stavropol, Tümen və digər bölgələri ilə aktiv əməkdaşlıq edir”.

Qeyd edək ki, bu istiqamətdə müzakirələr dekabrın 15-də Bakıda keçiriləcək fotosərgi çərçivəsində davam etdiriləcək.

Son xəbərlər

Orphus sistemi