Moskvada müşahidə edilən hava şəraiti Bakıdan aviareyslərin yerinə yetirilməsinə təsir etməyib

Moskvada müşahidə edilən hava şəraiti Bakıdan aviareyslərin yerinə yetirilməsinə təsir etməyib Təyyarələr qrafik üzrə uçuşlarını həyata keçirirlər
İnfrastruktur
18 İyul , 2016 11:17
Moskvada müşahidə edilən hava şəraiti Bakıdan aviareyslərin yerinə yetirilməsinə təsir etməyib

Bakı. 18 iyul. REPORT.AZ/ Rusiyanın paytaxtı Moskvada müşahidə edilən küləkli hava şəraiti Heydər Əliyev Beynəlxalq Hava Limanında təyyarələrin qəbuluna və yola salınmasına təsir etməyib.

Bu barədə "Report"a “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski məlumat verib.

Onun sözlərinə görə, Moskva şəhərinə uçuşlarda heç bir problem qeydə alınmayıb və artıq səhər saatlarında bir uçuş yerinə yetirilib.

Qeyd edək ki, Bakıdan Moskva şəhərinə hər gün aviareyslər yerinə yetilir.

"Report"un "Ria Novosti" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu gün səhər saatlarında Moskvanın hava limanlarında 20-dən artıq aviareys ləngiyib. Məlumata görə, Moskva ərazisində saniyədə 17 metrə qədər güclü külək əsəcək, ildırım çaxacaq və leysan yağacaq. Bu cür hava şəraiti səhərədək davam edəcək.

Belə ki, "Domodedovo" hava limanında Moskva vaxtı ilə saat 7:45-də havaya qalxmalı olan 11 təyyarə reysi ləngiyib, habelə 4 reys təxirə salınıb. "Vnukovo" aeroportunda 6 reys ləngiyir.

"Şeremetyevo"da isə hava limanının onlayn-tablosuna əsasən, iki reys ləngiyir, bir reys təxirə salınıb. 

Son xəbərlər

Orphus sistemi