Yuxarı
    Bağlamaq

    ​Moskvada MDB ölkələrinin patent xidmətlərinin iclası keçiriləcək

    İclas noyabrın 9-da nəzərdə tutulub

    Bakı. 30 oktyabr. REPORT.AZ/ Noyabrın 9-da Moskvada MDB ölkələrinin intellektual mülkiyyətin hüquqi qorunması və müdafiəsi məsələləri üzrə Dövlətlərarası Şurasının iclası keçiriləcək.

    "Report" xəbər verir ki, bu barədə MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinin məlumatında bildirilir.

    Ötən il Şuranın iclası 20-22 avqust tarixlərində Düşənbədə baş tutub. İclasda Azərbaycan, Qırğızıstan, Belarus, Qazaxıstan, Moldova, Rusiya, Tacikistan, MDB İcraiyyə Komitəsi, Ermənistan, Dünya İntellektual Mülkiyyət Təşkilatı və Avrasiya Patent Təşkilatının səlahiyyətli nümayəndələri iştirak ediblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi