Yuxarı

Moskva prospektində keçid yol bağlanıb

Sürücülər Şamaxinkaya daxil olaraq, 20 Yanvar dairəsi istiqamətində hərəkət edə bilərlər

Bakı. 2 sentyabr. REPORT.AZ/ Təmir-tikinti işləri ilə əlaqədar olaraq Bakı şəhərinin Moskva prospektində avtomobil tunelindən çıxdıqdan sonra 20 Yanvar dairəsi istiqamətinə keçid yol hissəsi müvəqqəti olaraq bağlanıb. 

"Azəravtoyol" MMC-dən "Report"a daxil olan məlumata görə, sürücülər sözügedən prospektin avtomobil tunelinə çatmamış "Şamaxinka" adlanan əraziyə daxil olaraq, 20 Yanvar dairəsi istiqamətində hərəkət edə bilərlər.

“Azəravtoyol” ASC sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi